Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan qeyri-neft-qaz ixracını 17 % artırıb
İqtisadiyyat Xəbərlər

Azərbaycan qeyri-neft-qaz ixracını 17 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Gundelik.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Təkcə iyunda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 18,2 % çox – 381,9 milyon ABŞ dolları olub.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 19,4 % artaraq 175,3 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 17,3 % artaraq 206,5 milyon ABŞ dolları olub.

Məlumata görə, hesabat dövründə şəkərin ixrac dəyəri 3,4 dəfə, pambıq ipliyin ixrac dəyəri 2,1 dəfə, bitki-heyvan mənşəli piy və yağların ixrac dəyəri 50 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 40,1 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 30,1 %, pambıq lifinin ixrac dəyəri 26,3 %, meyvə-tərəvəzin ixrac dəyəri 18,9 %, çayın ixrac dəyəri 19,4 %, spirtli və spirtsiz içkilərin ixrac dəyəri isə 2,9 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 23,9 % artaraq 563,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 35,3 % artaraq 195,9 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 26,6 % artaraq 759,8 milyon ABŞ dolları təşkil edib.

Exit mobile version