Hörmətli Hicran xanım Hüseynova!
Siz illərdir ki, Azərbaycan qadınının cəmiyyətdə layiqli yer tutması, ailə dəyərlərinin qorunması və dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində böyük fədakarlıqla fəaliyyət göstərirsiniz. Millət Vəkili kimi gördüyünüz işlər, eləcə də ailə və qadın məsələlərinə göstərdiyiniz diqqət və qayğı cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Sizin məsuliyyətli və prinsipal mövqeyiniz, insanlara göstərdiyiniz diqqət və həssas yanaşma bir çoxları üçün nümunədir.
Azərbaycan qadını tarix boyu öz müdrikliyi, mərhəməti, sədaqəti və gücü ilə seçilmişdir. Siz də bu dəyərləri öz fəaliyyətinizdə və həyat yolunuzda ləyaqətlə təcəssüm etdirən xanımlardansınız. Qadınların hüquqlarının qorunması, ailə institutunun möhkəmləndirilməsi və gənc nəslin sağlam ruhda formalaşması istiqamətində gördüyünüz işlər cəmiyyətimizin inkişafına mühüm töhfə verir.
Bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz enerji, fəaliyyətinizdə davamlı nailiyyətlər və şəxsi həyatınızda xoş günlər arzulayıram. Qoy həyat yolunuz daim uğurla, hörmətlə müşayiət olunsun.
Hörmətlə: Şəfəq Həsənzadə
Gundelik.az

