Azərbaycan ötən ay 1,2 milyard dollar dəyərində 2,6 milyon ton neft ixrac edib.
Gundelik.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 35% azdır.
Bəs bu dövrdə Azərbaycan neftinin əsas alıcıları hansı ölkələr olub?
| Ölkələr | Neft ixracının dəyəri |
| İtaliya | 861,6 milyon dollar |
| Rumıniya | 93,6 milyon dollar |
| Portuqaliya | 44,3 milyon dollar |
| Almaniya | 43,2 milyon dollar |
| Xorvatiya | 40,8 milyon dollar |
| Çexiya | 38,4 milyon dollar |
| Bolqarıstan | 37,4 milyon dollar |
| Tunis | 29,4 milyon dollar |
| Türkiyə | 19,5 milyon dollar |
| İndoneziya | 17,8 milyon dollar |

