Azərbaycanın 1990-cı illərin əvvəllərində apardığı müharibə təkcə Ermənistanla deyil, həm də Rusiya ilə aparılırdı.
Gundelik.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev bu gün Bakıda “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, həmin dövrdəki “satqınlıq və şərəfsiz idarəetmə” nəticəsində ölkə ərazisinin 20 faizi işğal altına düşdü: ““Əbülfəz Elçibəy ali baş komandan deyildi. O, yalnız Kəlbəcər əldən gedəndən sonra ali baş komandan oldu. Konstitusiya dəyişiklikləri Milli Məclisin səlahiyyətində idi. O vaxt hakimiyyət faktiki olaraq mövcud deyildi”.
“1990-cı illərin əvvəllərində Azərbaycanın torpaqlarının təxminən 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində bu ərazilərin azad edib və 2023-cü ildə suverenliyini tam bərpa edib”, – rektor vurğulayıb.
Gundelik.az

