İyul 8, 2026
Baku
Elm və təhsil Mədəniyyət və cəmiyyət

Azərbaycan elminin qlobal elmi məkana inteqrasiyasında ingilis dilli yerli jurnalların rolu

    Elmi jurnallar milli elmi düşüncənin dünya elmi məkanına çıxış qapısıdır. Məhz bu platformalar vasitəsilə aparılan tədqiqatlar yalnız akademik mühitlə məhdudlaşmır, eyni zamanda elmi müəssisələrimizin nüfuzunu artırır, onların beynəlxalq arenadakı imicinin formalaşmasına və möhkəmlənməsinə xidmət edir.Bu jurnallar bir tərəfdən yerli alimlərin elmi ehtiyaclarını qarşılayıb onların araşdırmalarına peşəkar tribuna yaradır, digər tərəfdən isə ingilis dilində nəşr olunmaqla elmi biliklərimizin qlobal dövriyyəyə daxil olmasını təmin edir. Beləliklə, elmi nəticələrimiz daha geniş auditoriyaya çatır, beynəlxalq elmi müzakirələrin bir hissəsinə çevrilir və ölkənin intellektual potensialı dünyaya açıq şəkildə nümayiş olunur.
Nəticə etibarilə, elmi jurnallar sadəcə nəşr vasitəsi deyil, həm də elmi diplomatiyanın, intellektual təbliğatın və akademik tanınmanın əsas alətlərindən biridir. Bu mexanizmin güclənməsi isə milli elmin səsinin qlobal miqyasda daha aydın və təsirli eşidilməsinə imkan yaradır.
1. Science, Education and Innovations in the Context of Modern Problems (ISSN: 2790- 0169)— müasir elmi çağırışlar fonunda elm, təhsil və innovasiya sahələrində aparılan fundamental və tətbiqi tədqiqatların yayımlanmasına həsr olunmuş beynəlxalq, rəyli və açıq girişli elmi jurnaldır. Jurnal 2018-ci ildə öz ölkəmizdə IMCRA Assosiasiyasışirkəti tərəfindən təsis edilmiş və fəaliyyətə başladığı gündən etibarən elmi biliklərin sərhədsiz paylaşımını, akademik etikaya əsaslanan nəşr mədəniyyətini və innovativ elmi yanaşmaların təşviqini əsas məqsəd kimi qarşısına qoymuşdur.
SEI jurnalı multidissiplinar xarakter etibarı ilə sosial və humanitar elmlər sahəsində iqtisadiyyat, idarəetmə, hüquq, təhsil elmləri, informasiya texnologiyaları, mühəndislik və innovasiyada dair geniş elmi spektri əhatə edir. Jurnal müasir qlobal problemlərin — rəqəmsallaşma, davamlı inkişaf, süni intellekt, sosial transformasiya, elmi innovasiyalar və təhsil islahatları və s. məsələlərin elmi təhlilinə xüsusi önəm verir.
Jurnalın Baş redaktoru və məsul redaktoru Dr. Rahil Nəcəfovdur. Redaksiya siyasəti beynəlxalq elmi nəşr standartlarına, şəffaf rəy prosesinə və akademik dürüstlük prinsiplərinə əsaslanır. SEI-də dərc olunan bütün məqalələr ikili kor rəy (double-blind peer review) prosesindən keçirilir və açıq giriş modeli (Open Access) vasitəsilə qlobal elmi ictimaiyyətə təqdim olunur.

   Jurnal ildə 12 dəfə, aylıq dövrlərlə nəşr olunur və burada dərc edilən bütün məqalələrin gizli rəyləndirmə əsasında qiymətləndirilməsi elmi obyektivliyin, akademik keyfiyyətin və etik nəşr prinsiplərinin qorunmasını təmin edir. Bütün məqalələr DOI identifikasiya nömrələri ilə təmin olunur. Bu model elmi biliklərin sərbəst yayılmasına, tədqiqat nəticələrinin qlobal akademik ictimaiyyət üçün əlçatan olmasına və istinad potensialının artırılmasına xidmət edir. Jurnalda dərc olunan məqalələr əsasən ingilis dilində, qismən isə fransız dilində təqdim olunur ki, bu da jurnalın beynəlxalq oxucu auditoriyasını genişləndirməklə yanaşı ölkə həqiqətlərinin dünyanının aparıcı oxucu kütləsinə birbaşa çatdırılmasına
hədəflənmişdir.
Elmi əhatə dairəsi baxımından jurnal həm regional, həm də qlobal miqyasda aparılan tədqiqatlara açıqdır. Bu multidissiplinar yanaşma SEI jurnalını müxtəlif elmi məktəblər və tədqiqat istiqamətləri arasında intellektual körpü rolunu oynayan nüfuzlu akademik platformaya çevirir.
             Redaksiya siyasəti və beynəlxalq redaksiya heyəti
SEI jurnalının redaksiya heyəti özünün beynəlxalq tərkibi ilə seçilir və dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu alim və tədqiqatçılardan formalaşıb. Bu heyət yalnız coğrafi müxtəlifliyi deyil, eyni zamanda elmi məktəblərin, yanaşmaların və tədqiqat ənənələrinin zənginliyini əks etdirir.
Jurnalın redaksiya heyətində Özbəkistandan Dr. Bekbaev Rauf, Hindistandan Dr. Devasis Pradhan, İspaniyadan Prof. Beatriz Soto Aranda, Pakistandan Prof. Syed Saqlain Ul Hassan, Gürcüstandan Dr.Maddona Kebadze, Əlcəzairdən Dr. Nadia Smaihi, Vyetnamdan Prof. Tran Mai Uoc kimi tanınmış alim və professorlar yer alır. Bu adlar SEI jurnalının elmi nüfuzunun və beynəlxalq etibarının göstəricisidir.
Eyni zamanda, redaksiya heyətində ölkəmizi təmsil edən Professor Zahid Fərrux Mamedov, Dr. Elçin Süleymanov, Professor İlham Əhmədov, Dr. Sübhan Talıblı və digər alimlər də yer alır. Onların elmi fəaliyyəti artıq milli çərçivələri aşaraq beynəlxalq elmi məkanlarda tanınır və yüksək qiymətləndirilir. Almaniyadan olan dünyaşöhrətli tanınmış alim Professor Ekxart Otto Jurnalın beynəlxalq nüfuzunun və get-gedə formalaşan yüksək imicinin ən bariz nümunəsidir. Belə bir redaksiya heyətinin mövcudluğu SEI jurnalını təkcə regional deyil, qlobal elmi dialoqun fəal iştirakçısına çevirir, onu müxtəlif elmi müzakirələrin aparıldığı nüfuzlu akademik platforma kimi təqdim edir.
    Beynəlxalq elmi informasiya sistemlərində təmsilçilik və indekslər

SEI jurnalı beynəlxalq elmi informasiya məkanında geniş şəkildə təmsil olunur və müxtəlif nüfuzlu indekslər, elmi məlumat bazaları və kitabxana kataloqları vasitəsilə qlobal miqyasda əlçatanlıq qazanmışdır. Jurnal aşağıdakı əsas beynəlxalq platformalarda indekslənir və kataloqlaşdırılır:
 EBSCOhost
 MIAR
 WorldCat
 Dimensions.ai
 Crossref
 Google Scholar
 Scilit

 Publons
 ISSN beynəlxalq reyestri
 Asian Science Citation Index
Bu indeksləmə jurnalda dərc olunan məqalələrin beynəlxalq elmi dövriyyəyə daxil olmasını və akademik təsir imkanlarının genişlənməsini təmin edir.

    Google Scholar üzrə H-indeks 12-dir. Bu, elmi jurnalın təsir gücünü və akademik davamlılığını ölçən əsas göstəricilərdən biridir. Bu indeks jurnalın həm məhsuldarlığını, həm də məqalələrinin elmi ictimaiyyət tərəfindən nə dərəcədə istifadə olunduğunu obyektiv şəkildə əks etdirir. Yerli elmi jurnallardan içərisində H indeksi 12-dən yuxarı, i-indeksi 15- i ötmüş elmi jurnallar barmaqla sayılacaq qədər azdır. Jurnalın ümumi istinad sayı yüzlərlədir. Bu çox vacib məsələdir ki, ölkədə çap olunan elə elmi jurnallar var ki, çox istedadlı, talantlı tədqiqatçıların məqalələrini çap eləsələr də onları DOI ilə təmin etmir, elmi professionallıqdan uzaq, çox aşağı səviyyəli rezumelərinin ingilsi dilinə tərcüməsi ilə və qarışıq ədəbiyyat siyahısı ilə çap edirlər. Bunun nəticəsində də elmi cəhətdən çox üstün səviyyəli elmi tədqiqatlar nəinki ölkə sərhəddlərindən kənara çıxır, bir elmi müəssisənin toz basmış rəflərində məhvə tərk edilirlər. SEİ jurnalında elmi məqaləsini ingilis dilində uğurla dərc etdirmiş Dr. Seymur Quliyevin məqaləsinə dünyanın hər yerindən ümumilikdə 40-dan artıq, Dr.Arif Əsədovun elmi məqaləsinə isə 20-dən artıq elmi istinad olmuşdur. Bu alimlər yerli alimlərdir. Bu onu göstərir ki, bizim elmimiz, və tədqiqatlarımız heç kimə lazım deyil mifi yalandır, çünki reallıq bunun əksini sübit edir. Bu həm də jurnalın uğurudur və çəkilən əziyyətin, zəhmətin bəhrəsidir. Onu da qeyd edək ki, jurnala yerli müəlliflərdən daha çox xarici müəlliflər müraciət edirlər. Bu da jurnalımızın beynəlxalq səviyyəli elmi statusa malik nüfuzundan xəbər verir.
SEI jurnalının EBSCO kimi dünya nəhəngi olan indeks bazasında olması dərc etdiyi tədqiqatların müntəzəm şəkildə istinad aldığını, onların yalnız lokal deyil, beynəlxalq elmi dövriyyədə də aktiv şəkildə istifadə edildiyini nümayiş etdirir. Bu fakt SEI jurnalının elmi etibarlılığının, akademik təsirinin və qlobal görünürlüğünün artmaqda olduğunu təsdiqləyən mühüm bibliometrik sübutdur.

        Beynəlxalq universitet kitabxanalarında mövcudluğu

   SEI jurnalı dünyanın – Avropa və Amerikanın 10-larla aparıcı ali təhsil və tədqiqat mərkəzlərinin elmi kitabxanalarının kataloqlarına daxil edilmişdir. Bu fakt jurnalın yalnız regional deyil, qlobal elmi infrastruktura artıq uğurla inteqrasiya olunduğunu və dünya səviyyəli akademik institutlar tərəfindən istinad və istismar edilə bilən mənbə kimi qəbul edildiyini göstərir. Nümunə üçün qeyd edək: Harvard Universityç Massachusetts Institute of Technology, University of California, Berkeley, University of Toronto, Princeton University, University of Pennsylvania, Duke University, University of British Columbia, University of New South Wales və s.
Onu da qeyd edək ki, jurnala olan istinad artıq MDPI, Elsevier, Taylor  Francis kimi elmi platformalarda mövcuddur. Hədəf isə artıq məlumdur – Web of Science və Scopus indekslərini tezliklə əldə etmək və dərc etdiyi məqaləi müəlliflərini bu məşhur bazalarda layiqincə təmsil etmək.

     

Gundelik.az