İyul 8, 2026
Baku
Elm və təhsil İqtisadiyyat

Azərbaycan-Çin əməkdaşlığı qarşıdakı dövrlər üçün olduqca mühüm nəticələr verəcəkdir

Ölkə başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müəyyən olunan yeni iqtisadi inkişaf strategiyası ölkəmizin ərazi bütövlüyünün daha da möhkəmlənməsinə, milli iqtisadiyyatın uzunmüddətli perspektivlərinin daha da təkmilləşməsinə və dünya iqtisadiyyatına daha təkmil əsaslarla inteqrasiya olunmasına təminat yaratmaqdadır. Təbii olaraq, bütün bunlar, eyni zamanda, beynəlxalq iqtisadi münasibətlərin də hərəkətverici qüvvəsi olmaqdadır. Qeyd etmək lazımdır ki, bütün bunlar Azərbaycan- Çin münasibətlərinin yeni perspektivlər əsasında inkişaf etməsinə güclü təminat yaratmaqdadır. Dövlət başçımız İlham Əliyevin Çinə səfəri zamanı Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin də iştirakı ilə aprelin 23-də Azərbaycan-Çin sənədlərinin imzalanması mərasiminin keçirilməsi çoxtərəfli qarşılıqlı əməkdaşlıq münasibətlərinin olduqca mühüm tərəflərini ortaya qoydu. Hər iki ölkənin hökumətləri, o cümlədən, müxtəlif strukturları arasında memorandumların, sazişlərin, protokolların, əməkdaşlıq planlarının, müqavilələrin imzalanması olduqca mühüm nailiyyətlər gətirəcəkdir.

Təbii olaraq, burada, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması, ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad olunması, maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, texniki-iqtisadi əməkdaşlıq, elm və texnologiya sahələrində əməkdaşlıq, rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsi və digər sahələrin daha təkmil mexanizmlərindən ibarət 21 sənəd imzalanmışdır. Buradan da aydın olur ki, ölkələrimiz arasında müəyyən olunan əməkdaşlıq sahələrinin hər birində iqtisadiyyatın sahə strukturu, mədəni diplomatik münasibətlərin inkişafı, infrastruktur təşkilatlanması, resurslardan məqsədyönlü istifadənin həyata keçirilməsi, elm və təhsil sahələrinin vəhdətinin düzgün müəyyən olunması, qarşılıqlı ticarət münasibətlərinin diqqətdə saxlanılması və digər məsələlər olduqca aktual istiqamətlər kimi qəbul olunmuşdur. Təbii olaraq, yaxın gələcəkdə bu sahələr üzrə yeni perspektivlər özünü göstərmiş olacaqdır ki, bu da, nəticə etibarı ilə, hər iki ölkənin qarşılıqlı münasibətlərinin yeni keyfiyyət mərhələsini təşkil etməkdədir. Təbii olaraq, imzalanan sənədlərin sosial, iqtisadi, mədəni, hüquqi, elmi mahiyyəti olduqca yüksək olacaqdır. Burada yenə olduqca əhəmiyyətli məqam ondan ibarət olmaqdadır ki, bu da, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu”nun imzalanmasından ibarət olmaqdadır. Bu da, öz növbəsində, bütün sahələrdə olduğu kimi, Azərbaycan-Çin münasibətlərinin yeni inkişaf istiqamətlərinin müəyyən olunmasında da ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq,

Naxçıvan Muxtar Respublikasının diqqət mərkəzində olduğunu bir daha ortaya qoymaqdadır. Və iki ölkənin yeni keyfiyyət mərhələsində müəyyən edəcəkləri perspektivli layihələrdə Naxçıvan Muxtar Respublikasının təmsil olunacağı, eyni zamanda, muxtar respublika iqtisadiyyatının davamlı inkişafında, o cümlədən, xarici iqtisadi əlaqələrin inkişafında, həmçinin turizm infrastrukturunun daha damöhkəmlənməsində və mobilliyinin daha da artırılmasında özünü göstərmiş olacaq. Bununla yanaşı, ölkəmizdə Çin kapitallı 375 şirkətin, o cümlədən, fəal iqtisadi  fəaliyyətlə məşğul olan 298 şirkətin ölkəmizin regional və milli iqtisadi inkişafı proseslərində, həmçinin Naxçıvan Muxtar Respublikasının makroiqtisadi inkişafında
əhəmiyyətli rola malik olacağını demək olar.

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

Gundelik.az