İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycan avtobus alışını artırıb – ÖLKƏLƏR / SİYAHI

Cari ilin yanvar-may aylarında Azərbaycana xaricdən 125 ədəd avtobus (sıxılmaqdan alışan daxili yanma mühərrikləri (dizel və ya yarımdizel) ilə) gətirilib.

Gundelik.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda avtobusların idxalının dəyəri 8,3 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə, miqdar ifadəsi ilə 27 ədəd və ya 27,5%, dəyər ifadəsi ilə isə 2,3 milyon ABŞ dolları və ya 38,9% çoxdur.

Hesabat dövründə ölkəyə idxal edilən bir ədəd avtobusun orta qiyməti 66,3 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycanın avtobus idxal etdiyi ölkələrin siyahısı:

Ölkələr Miqdar (Ədəd) Məbləğ (Min ABŞ dolları)
Rusiya 8 164,59
Çin 35 2028,62
Koreya Respublikası 50 2570,95
Türkiyə 15 1350,09
Yaponiya 3 201,15
Almaniya 9 1696,81
İtaliya 5 278,85

Gundelik.az