Gundelik.az Xəbərlər SƏRGÜZƏŞTLİ UÇUŞ FEDERAL MƏHKƏMƏYƏ ÇATDI
Xəbərlər

SƏRGÜZƏŞTLİ UÇUŞ FEDERAL MƏHKƏMƏYƏ ÇATDI

Gundelik.az bildirir ki, New Jersey sakini olan ortodoks yəhudi sərnişin Yisroel Liebb iddia edir ki, United Airlines hava yollarının pilotu onu tualetdən zorla çıxarıb və bu zaman o, digər sərnişinlərin qarşısında çılpaq qalıb. Hadisə Meksikanın Tulum şəhərindən ABŞ-ın Hyuston şəhərinə uçan reysdə baş verib. Liebb, həmçinin ABŞ-ın Daxili Təhlükəsizlik Departamentini də məhkəməyə verib. O, təyyarə enəndən sonra gömrük və sərhəd xidməti (CBP) əməkdaşlarının onu qandallayaraq apardıqlarını bildirib. Onun və başqa bir ortodoks yəhudi sərnişinin iddiasına görə, pilot onların dini inancına qarşı təhqiramiz ifadələr işlədib. Hər iki sərnişin Nyu-Yorka bağlantılı uçuşlarını itirdiklərini, hava limanında terminal boyunca məcburi şəkildə aparıldıqlarını, həbs edilib kameraya salındıqlarını və əşyalarının axtarıldığını bildiriblər.ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) rəsmisi Hilton Beckham məsələ ilə bağlı açıqlama verərək bildirib: “CBP əməkdaşları hava yollarının tələbi ilə uçuş zamanı baş verən insidentə cavab veriblər. Davam edən məhkəmə prosesi ilə əlaqədar əlavə şərh verə bilmərik.”

Gundelik.az

Exit mobile version