İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

AYNA-nın Koroğludakı Nəqliyyat Mübadilə Mərkəzində təmir işləri aparılacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istifadəsində olan bina və qurğularda cari təmir işləri aparılacaq.

Gundelik.az xəbər verir ki, qurum bununla bağlı elan etdiyi satınalma müsabiqəsini yekunlaşdırıb və müsabiqədə ən sərfəli qiymətlə “Azdev Engineering Construction” şirkəti çıxış edib.

Belə ki, şirkət təmir işlərinin həyata keçirilməsinə görə 1 milyon 24 min manat ödəniş təklif edib. Hazırda təklif dəyərləndirmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Qeyd edək ki, təmir işlərinin AYNA-nın inzibati binası, Təlim Tədris Mərkəzi, Bakı Regional İdarəsi və Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi üzrə həyata keçirilməsi nəzərdə tutulub.//İqtisadiyyat.az