Avstraliya ABŞ-dən Hərbi Hava Qüvvələri üçün ən son “AIM-260A JATM” hava raketlərinin alınması üçün 492,5 milyon dollar ayırıb.
Gundelik.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Riçard Marles bildirib.
“Avstraliya ABŞ-dən kənarda bu qabaqcıl, uzun mənzilli hava raketlərini idarə edən ilk ölkə olacaq”, – deyə o qeyd edib.
Təxminən 450 raketin çatdırılma tarixləri açıqlanmayıb.
Xatırladaq ki, “Lockheed Martin” tərəfindən hazırlanmış “AIM-260A JATM” raketinin əvvəlcə 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılırdı. Lakin proqram çətinliklərlə üzləşib. Son məlumatlara görə, yeni raketlər 2026-2027-ci illərdə istifadəyə veriləcək.

