Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən Avropada ilk Universal əyləncə parkı Böyük Britaniyada tikiləcək – 28,000 yeni iş yeri və beynəlxalq turizm hədəflənir
Kateqoriya seçilməyən Xəbərlər

Avropada ilk Universal əyləncə parkı Böyük Britaniyada tikiləcək – 28,000 yeni iş yeri və beynəlxalq turizm hədəflənir

Gundelik.az xəbər verir ki,Universal Studios şirkəti Avropadakı ilk əyləncə parkını İngiltərənin Bedford bölgəsində inşa edəcək. Britaniya hökuməti tərəfindən dəstəklənən bu nəhəng layihə, 2031-ci ildə istifadəyə verilənədək təxminən 28,000 yeni iş yeri yaradacaq.Universal Studios-un 476 akr ərazidə inşa edəcəyi kompleksin ilk ilində 8.5 milyon turist cəlb etməsi gözlənilir. Park, əvvəllər kərpic zavodu kimi fəaliyyət göstərmiş Kempston Hardwick ərazisində qurulacaq və şirkət əlavə torpaq alaraq sahəni 700 akra qədər genişləndirmək imkanlarını da dəyərləndirir.

“Avropanın ən böyük əyləncə parklarından biri”Baş nazir Sir Keir Starmer, bu layihəni “Bedford-u qlobal səhnəyə çıxaran” və “İngiltərə iqtisadiyyatını gücləndirəcək” çoxmilyardlıq sərmayə adlandırıb. Starmer zarafatla bildirib ki, 14 və 16 yaşlı övladları ilk dəfə onun verdiyi qərarlara bu qədər maraq göstəriblər.Layihəyə Universal Destinations and Experiences rəhbərlik edir. Şirkət artıq Orlando (ABŞ), Los-Anceles (ABŞ), Osaka (Yaponiya), Sentosa (Sinqapur) və Pekin (Çin) kimi şəhərlərdə parklar inşa edib.Universal daha əvvəl İspaniyada yerləşən PortAventura parkına adını vermişdi, lakin bu, şirkətin Avropada sıfırdan tikəcəyi ilk tematik park olacaq.

Gundelik.az

Exit mobile version