Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin ümumi əhalisi bu il etibarilə 452 milyona çatıb.
Gundelik.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi 1 yanvar 2026-cı il tarixinə olan Avropa İttifaqı ölkələri üzrə əhali məlumatlarını dərc edib.
Məlumata görə, Aİ əhalisi bu ilin əvvəlində illik müqayisədə 706 min nəfər artaraq 452 milyona çatıb.
Beləliklə, 2021-ci ildə COVID-19 pandemiyası zamanı baş verən azalmadan sonra Aİ əhalisi ardıcıl beşinci ildir ki, artımını davam etdirir. Aİ əhalisi son 10 ildə 8 milyon, son 20 ildə isə 16 milyon artıb.
Bu ilin əvvəlində Almaniya 83,5 milyon əhalisi ilə Aİ ölkələri arasında ən çox əhalisi olan ölkə olub, onu 69,1 milyon ilə Fransa, 58,9 milyon ilə İtaliya, 49,6 milyon ilə İspaniya və 36,3 milyon ilə Polşa izləyir.

