Avropanın mayeləşdirilmiş təbii qaz (LNG) idxalı ötən il tarixi maksimuma çatıb və 2026-cı ildə yeni rekord qıracağı gözlənilir.
Gundelik.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarı hesabatında deyilir.
“Avropaya mayeləşdirilmiş təbii qaz idxalı 30% və ya 40 milyard kubmetr artaraq rekord səviyyəyə – 175 milyard kubmetrə çatıb. Artan daxili tələbat, eləcə də boru kəməri qaz idxalının azalması və saxlama həcmlərinin artması Avropada mayeləşdirilmiş təbii qaz qiymətlərinin Asiya bazarlarına nisbətən daha yüksək qalmasına imkan verib”, – məlumatda deyilir.
2025-ci ildə Avropanın qaz balansında LNG-nin payı əvvəlki ildəki 30%-dən 38%-ə yüksəlib.

