Gundelik.az Xəbərlər İqtisadiyyat Asiyanın ən varlı adamı açıqlandı
Dünya İqtisadiyyat Xəbərlər

Asiyanın ən varlı adamı açıqlandı

92,6 milyard dollarlıq sərvəti ilə hindistanlı milyarder Qautam Adani Asiyanın ən varlı insanı seçilib.

Bu barədə Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir.

Adani həmçinin dünyanın ən zəngin 19-cu adamıdır. Bu il fond bazarındakı qiymətlərin kəskin dəyişməsi səbəbindən “Adani Group”un aktivləri 8,1 milyard dollar artıb.

Uzun müddətdir ki, qitənin milyarderlər siyahısında 90,8 milyard dollarlıq sərvəti ilə birinci yeri tutan hindistanlı sahibkar Mukeş Ambani ikinci yerə, qlobal miqyasda isə 20-ci yerə düşüb. Ambaninin “Reliance Industries” şirkəti isə 16,9 milyard dollar itirib.

Exit mobile version