İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Aşağı Muğan kanalının yenidən qurulmasına 134 milyon manat ayrılacaq

Aşağı Muğan kanalının yenidən qurulması (I mərhələ) ilə bağlı işlərə başlanılır.

Gundelik.az-ın məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi bununla bağlı müvafiq işlərə start verib.

Qurum hazırda kanalın yenidənqurulması üzrə işləri icra edəcək şirkət müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum kanalının yenidən qurulmasının 133 943 758 manata başa gələcəyini porqnozlaşdırıb.

Gundelik.az