NASA-nın 54 ildən sonra Aya ilk insanlı uçuş missiyasında iştirak edən astronavtlar Yer kürəsindən ən uzaq məsafəyə səyahət edən insanlar kimi tarixə düşdülər.
Əvvəlki rekord 1970-ci ildə Yer kürəsindən 40.000 km məsafə qət edən Apollo 13 astronavtlarına məxsus idi.
406.000 km məsafə qət edərək rekord qırdıqdan sonra Artemis II missiyasındakı astronavtlar “Növbəti nəsil rekordumuzun çox uzun müddət qalmasına imkan verməməlidir” mesajı paylaşdılar.
Astronavtları daşıyan Orion kapsulu Ayın uzaq tərəfindən keçəndə ABŞ-ın Hyuston şəhərindəki kosmik gəmi ilə missiya idarəetməsi arasında əlaqə kəsildi. Ekipaj 40 dəqiqə tamamilə tək qaldı
Planlaşdırıldığı kimi, Orion Ayın arxasından yenidən peyda olduqda Yerlə yenidən təmasa girdi.
Əvvəlcə mühəndislər ekranlarında radio siqnalının geri qayıtdığını gördülər, sonra məlumat axını başladı.
40 dəqiqəlik rabitə kəsilməsi zamanı kosmik gəmi öz-özünə işləməli oldu.
Bort kompüterləri, Ayın Yerdən nə görünən, nə də eşidilən tərəfində, vacib bir mühərriki işə salmaqla Orionu yenidən yola saldı.
Əlaqə bərpa edildikdən sonra ABŞ Prezidenti Donald Tramp da heyətə gözlənilməz bir şəkildə zəng edərək dedi: “Siz bu gün tarix yazdınız və bütün Amerikanın qürurunu qazandınız”.
Tramp dedi: “Son vaxtlar fəxr edəcəyimiz çox şey var, amma sizin etdiyiniz işlər misilsizdir”.
ABŞ prezidenti heyətə missiya başa çatdıqdan sonra onları Ağ Evdə qəbul edəcəyini deyərək, “Bilirsiniz, hazırda çox məşğulam, amma mütləq vaxt tapacağam” dedi.
Astronavtlar bu qayıdış marşrutu zamanı “zərbə alovlarını” öyrəniblər.
Bunlar kiçik kosmik süxurların Aya o qədər yüksək sürətlə dəyməsi nəticəsində həm özlərini, həm də Ay səthinin kiçik bir hissəsini buxarlandıran ani və çox qısa işıq partlayışlarıdır.
Müşahidə etmək üçün bir saatlıq fasilə verən heyət bir saat sonra tam günəş tutulmasının şahidi olub.
Mənbə:BBC
Tərttib etdi:Səid Mikayılzadə
Gundelik.az

