İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

“Apple” 98,6 milyon avro cərimələndi

İtaliyanın antiinhisar tənzimləyicisi mobil proqramlar sənayesində qaydaları pozduğuna görə “Apple” şirkətini 98,6 milyon avro cərimələyib.

Gundelik.az xəbər verir ki, bu barədə tənzimləyici məlumat yayıb.

Qeyd edilib ki, şirkət “App Store” üçün üçüncü tərəf tətbiq tərtibatçıları ilə münasibətlərində Avropa qanunlarını pozub, çünki “Apple” burada tamamilə dominant mövqedədir.

Bildirilib ki, “Apple” bu vəziyyətdən sui-istifadə edərək, tərtibatçıları məlumat toplamaq üçün istifadəçilərdən xüsusi icazə tələb etməyə məcbur edib.