Gundelik.az Dünya “Apple” 500 milyon avro cərimələndi, məhkəməyə müraciət etdi
Dünya Xəbərlər

“Apple” 500 milyon avro cərimələndi, məhkəməyə müraciət etdi

“Apple” şirkəti Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərini pozduğuna görə bu ilin aprelində şirkəti 500 milyon avro cərimələyən Avropa Komissiyasının (AK) qərarından Avropa Məhkəməsinə şikayət edib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Avropa tənzimləyicisi belə qənaətə gəlib ki, “Apple” proqram tərtibatçılarının DMA-nı pozaraq “App Store”dan kənar paylama kanallarından istifadə imkanlarını məhdudlaşdırır.

Aprel ayında “Apple” AK-nin qərarından apellyasiya şikayəti verəcəyini bildirmişdi. Bu gün şirkət məhkəməyə müraciət etdi.

“Bu gün biz apellyasiya şikayəti verdik, çünki hesab edirik ki, AK-nin qərarı, eləcə də misli görünməmiş cərimə qanunun tələblərini xeyli üstələyir”, – şirkətin açıqlamasında bildirilir.

Gundelik.az

Exit mobile version