Gundelik.az Xəbərlər ⁠Ailə, qadın və uşaq “Ananı, yoxsa atanı daha çox sevirsən?” – uşaqlara bu sualı vermək niyə düzgün deyil?
⁠Ailə, qadın və uşaq Xəbərlər

“Ananı, yoxsa atanı daha çox sevirsən?” – uşaqlara bu sualı vermək niyə düzgün deyil?

Uşaqlıqda tez-tez eşitdiyimiz “Ananı, yoxsa atanı daha çox sevirsən?” sualı böyüklər üçün sadə və əyləncəli görünsə də, uşağın emosional dünyasına mənfi təsir göstərir.

Psixoloji məsləhətçi Esra Er bildirir ki, uşağı ana və ata arasında seçim etməyə məcbur etmək onda günahkarlıq, təzyiq və çıxılmazlıq hissi yaradır. Xüsusilə hər iki valideynin yanında verilən bu sual uşaq üçün daha çətin olur.

Uşağı ən çox cavab deyil, reaksiyalar təsir edir

Mütəxəssisin sözlərinə görə, sağlam ailə münasibətlərinin olduğu ailələrdə sualın özü mütləq travmatik təsir yaratmır. Əsas problem uşağın cavabına verilən reaksiyadır.

Uşaq seçdiyi valideynin digər valideyni üzdüyünü düşünərsə, özünü günahkar hiss edir və sonradan valideynlərindən birinin kədərinə görə məsuliyyət daşıdığını düşünür.

Bu sualın “düzgün cavabı” yoxdur

Uşaqların cavabı yaşına, həmin andakı emosional vəziyyətinə və sualın necə verilməsinə görə dəyişir. Bəzən uşaq anası ilə mübahisə etdikdə atasını, başqa vaxt isə anasını daha çox sevdiyini deyir.

Böyüdükcə isə uşaqlar böyüklərin gözləntilərini anlamağa və cavablarını buna uyğun dəyişməyə başlayırlar.

Valideynlər niyə belə suallar verirlər?

Bu sual bəzən sadəcə əyləncə və maraq üçün verilir. Lakin bəzi hallarda valideynlər uşağın sevgisindən özlərini təsdiqləmək və ya digər valideynlə münasibətlərində üstünlük qazanmaq üçün istifadə edirlər.

Esra Er valideynlərə belə sual verməzdən əvvəl özlərindən “Mən bunu niyə soruşmağa ehtiyac duyuram?” deyə soruşmağı tövsiyə edirlər.

Uşaq bu sualdan narahat olduğunu bildirirsə, ona həm anasını, həm də atasını eyni dərəcədə sevməyin mümkün olduğu izah edilməli, istəmədiyi suallara cavab verməmək və sərhəd qoymaq hüququ olduğu öyrədilməlidir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version