Gundelik.az Ölkə AMB onlara məcburi sərəncam verdi
Ölkə Xəbərlər

AMB onlara məcburi sərəncam verdi

“Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” şirkətləri müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanması qaydasını pozub.

Mərkəzi Bankdan Gundelik.az-a verilən məlumata görə, AMB bununla bağlı monitorinq keçirib.

Məlum olub ki, hər iki şirkət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə riayət etməyib.

AMB bunu nəzərə alaraq sığorta şirkətlərinə icrası məcburi sərəncam verib.

Gundelik.az

Exit mobile version