İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

AMB-nin bank və BOKT-lara xalis tələbləri AZALDI

Bu ilin iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 7,961 milyard manat təşkil edib.

Bu barədə Gundelik.az AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 977 milyon manat və ya 10,9% azalıb.

Həmçinin xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə isə 591,1 milyon manat və ya 6,9% azalıb.

Qeyd edək ki, 2025-ci ilin iyunun 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,938 milyard manat, 2024-cü ilin iyulun 1-nə isə 8,552 milyard manat təşkil etmişdi.

Gundelik.az