Ani Ödənişlər Sisteminin (AÖS) aylıq dövriyyəsi artıq 1 milyard manatı keçib.
Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir.
Ə. Abbasov qeyd edib ki, Mərkəzi Bank tərəfindən ani ödənişlər sisteminin inkişafı istiqamətində banklar və fintech şirkətləri ilə birgə aktiv layihələr həyata keçirilir:
“Sistem vasitəsilə müştərilər arasında köçürmələr, AzQR ödənişləri, eləcə də hökumət ödənişlərinin hesablaşmaları həyata keçirilir və bu istiqamətdə işlər davam etdirilir”.

