Gundelik.az Xəbərlər İqtisadiyyat “Alphabet” üçüncü rübdə xalis mənfəətini rekord səviyyəyə çatdırıb
Dünya İqtisadiyyat Xəbərlər

“Alphabet” üçüncü rübdə xalis mənfəətini rekord səviyyəyə çatdırıb

“Google”un holdinq şirkəti olan “Alphabet Inc.” 2025-ci ilin üçüncü rübündə xalis mənfəətini 33%, gəlirini isə 16% artıraraq rekord göstəriciyə nail olub.

Gundelik.az şirkətə istinadən xəbər verir ki, iyul-sentyabr aylarında Alphabet-in xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 milyard dollardan 34,98 milyard dollara yüksəlib. Səhm başına mənfəət isə 2,12 dollardan 2,87 dollara çatıb. Şirkətin rüblük gəliri isə 88,3 milyard dollardan 102,3 milyard dollara yüksəlib.

FactSet-in sorğusuna qatılan ekspertlər Alphabet-in hər səhm üzrə xalis mənfəətinin 2,12 dollar, gəlirinin isə 99,94 milyard dollar olacağını proqnozlaşdırmışdılar.

Rübdə Google-un reklam gəliri 13% artaraq 65,85 milyard dollardan 74,18 milyard dollara çatıb. Axtarış sistemi üzrə reklam gəliri illik müqayisədə 15% artaraq 56,6 milyard dollar, YouTube reklam gəliri isə 15% artaraq 10,3 milyard dollar olub. Google Cloud-un gəliri isə süni intellekt əməliyyatlarının sürətli artımı sayəsində 34% artaraq 15,16 milyard dollar təşkil edib. Analitiklərin konsensus proqnozu bu göstəricinin 14,72 milyard dollar olacağını göstərirdi.

Alphabet bildirir ki, Gemini chatbotunun aylıq aktiv istifadəçi sayı 650 milyonu ötüb. Şirkət, xüsusilə bulud xidmətlərinə artan tələbi nəzərə alaraq, cari il üçün kapital xərcləri proqnozunu əvvəlki 85 milyard dollardan 91–93 milyard dollara qədər artırıb.

2025-ci ilin əvvəlindən Alphabet-in bazar kapitallaşması 45% artıb.

Gundelik.az 

Exit mobile version