Almaniyada bu ilin mart ayında istehlak qiymətləri 2,3% artıb.
Gundelik.az xəbər verir ki, bu barədə ölkənin Federal Statistika İdarəsinin (Destatis) yekun məlumatlarında qeyd olunub.
Hesabata əsasən, Almaniyada Avropa İttifaqı (Aİ) standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri 2025-ci ilin mart ayında illik müqayisədə 2,3% artıb.
Bu göstərici “Trading Economics” tərəfindən sorğu edilən analitiklərin proqnozu ilə üst-üstə düşüb.
Qeyd edək ki, bu ilin fevralında Almaniyada inflyasiya 2,6% təşkil etmişdi.
Gundelik.az
