İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Almaniya avtomobil nəhəngi dəbdəbədən imtina edərək daha təvazökar olmağa qərar verib

Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” artıq sırf lüks brend kimi fəaliyyət göstərməyəcək.

Gundelik.az xəbər verir ki, bu barədə “Handelsblatt” insayderlərə istinadən məlumat yayıb.

Məlumata əsasən, “lüks” sözü strategiyadan, demək olar ki, tamamilə çıxarılacaq. Şirkət hesab edir ki, hədəf imicini genişləndirməyin vaxtı çatıb. Lakin avtomobil istehsalçısının özü bu məlumatı hələ təsdiq etməyib. Bununla belə, nəşr qeyd edir ki, “sırf elektrik” modelinə keçidin uğursuzluğundan sonra “Mercedes”in baş direktoru Ola Kallenius, görünür, şirkətin altı orijinal strateji prinsipindən birini zəiflətmək və onu daha təvazökar yanaşmaya yönləndirmək niyyətindədir.

İlin birinci yarısında “Mercedes-Benz”in xalis mənfəəti 6,1 milyard avrodan 2,7 milyard avroya düşüb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 56% azdır. Şirkətin gəliri, demək olar ki, 9% azalaraq 66,4 milyard avroya enib.

Gundelik.az