İyul 8, 2026
Baku
Ədəbiyyat Mədəniyyət və cəmiyyət

Aləmdə həmişə səsi olacaq şair – Seyid Əzim Şirvani

Hər zaman ölkəmizdə ədəbiyyata və mədəniyyətə dövlət tərəfindən xüsusi qayğının göstərildiyi hər kəsə bəllidir. Sözügedən sahələrə diqqət və qayğı siyasətinin əsası ölkəmizdə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən bu günə qədər də davam etdirilir. Ölkə Prezidentinin ədəbiyyata və mədəniyyətə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi onun bir sıra sərəncamlarına nəzər salmaq və bu sərəncamlardan irəli gələn işlərin həyata keçirilməsini xatırlatmaq kifayətdir. Elə 2025-ci il aprel ayında dövlət başçısının Seyid Əzim Şirvaninin anadan olmasının190 illik yubileyinin qeyd edilməsi haqqında verdiyi sərəncam bu barədə olduqca səciyyəvidir. Sərəncama əsasən Seyid Əzim Şirvani Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər AkademiyasıAzərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük şair, maarifçi, mütəfəkkir Seyid Əzim Şirvaninin 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Sərəncamda Seyid Əzim Şirvanin Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirdiyi, Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynadığı qeyd edilir. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şairin, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirdiyi, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirdiyi xatırlanır. Seyid Əzimin həmişə cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizələrdə həmişə ön sıralarda dayandığı, onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəbin Azərbaycan
təhsili tarixində dərin iz qoyduğu açıqlanır. 1835-ci il iyulun 9-da Şamaxı şəhərinin Qalabazar məhəlləsində ruhani ailəsində dünyaya gələn şair 7 yaşı olarkən atası Seyid Məhəmmədi itirmiş, anasının himayəsində yaşamışdır. Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn balaca Əzimi öz övladı kimi böyütmüşdür. İlk təhsilini burada alan Seyid Əzim türk, fars, ərəb, eyni zamanda bir neçə Dağıstan dillərini də burada  öyrənmişdir. O, burada 10 ildən artıq yaşamış, uşaqlıq və yeniyetməlik çağları Molla Hüseynin yanında keçmişdir. Babası geniş dünyagörüşlü ziyalı olan Seyid Əzimin onun zəngin kitabxanasından bəhrələnməsi sonrakı illərdə onun yaradıcılığında öz nəticəsini vermişdir. Bir müddət yəni 18 yaşı olarkən 1853-cü ildə anası Gülsüm xanımla yenidən Şamaxıya qayıtmışdır.
Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca – olan iki böyük külliyyatdan
ibarətdir. Əsasını qəzəl janrı təşkil edən Azərbaycan dilindəki bədii irsinin əsərlərinnin məzmununda doğruçuluq, dürüstlük, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək insanlarla yaxşı rəftar və s. kimi gözəl və nəcib əməllər təbliğ edilir. Ona görə də Seyid Əzimin bədii yaradıcılıq irsi mənəviyyat xəzinəmizin inciləri kimi bu gün də məna və əhəmiyyətini, estetik dəyərini qoruyub saxlayır. Əsasını qəzəl janrı ilə yanaşı müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuli şeirlərinə yazdığı nəzirələr təşkil edən yaradıcılığında bundan başqa lirik janrda yazılmış orijinal əsərlərdə çoxdur ki, bunların da çoxu qəzəlləridir. Onların içində də aşiqanə qəzəllər daha çoxluq təşkil edir ki, bu qəzəllərdə həyat sevgisi, nikbin əhvali-ruhiyyə, dini etiqad xüsusi yer tutur.
Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi- satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində “Əkinçi” qəzetinin mühüm rolu olmuşdur. Çünki, məhz “Əkinçi”nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzular tapır, müasir həyatın tələblərinə uyğun şeirlər yazırdı. Yazdığı şeirlərini Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün “Əkinçi” həm də xalqa müraciət yeri idi. O, qəzet vasitəsi ilə xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin bu xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, “Əkinçi”də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək
etməyə çağırırdı:

Seyid Əzim Şirvani yaradıcılığından danışarkən Azərbaycan ədəbiyyatı tarixinin bu yorulmaz, vətənpərvər şairinin bundan başqa bir pedoqoq kimi ömrünün 18 ilini məktəbdarlığa bağladığını, elmin yolunda bir çıraq olub qaranlıq beyinlərin işıqlandırılmasına yol açdığını görürük. Onun hələ yeni tədris üsullu məktəb açmazdan əvvəl Şamaxı mühitində tədrisin köhnə qayda-qanunlarla, mollaxana üsulu ilə keçirilməsini tənqid edərək əsərlərində belə yazdığına rast gəlirik:
Hər vilayətdə var beş-on məktəb,
Edirik kəsb onda elmü ədəb.
Məktəbin fərşi altı köhnə həsir,

Neçə ətfali-müflis onda əsir. S.Ə.Şirvaninin yeni üsullu məktəb açmaq üçün çalışması elə vilayətlərdə məktəblərin olmamasından irəli gələn bir istək olub . Bu istəyinidə o çox keçmir ki, həyata keçirir. Şamaxıda yeni üsullu məktəb açmağada nail olur. Bu məktəbdə 36 şagird təhsil alır. Maddi ehtiyac içində yaşayan şair açdığı məktəbdən heç bir gəlir əldə etməsədə məktəbdə işin kəmsavad, köhnəpərəst, dünyagörüşü kasad müəllimlərin əlinə verilməsini də istəmirdi. Bununla o belə həmdə savadsız adamların müəllimlik adına xələl gətirəcəyinə də razı deyilıdi. Bu haqda şair şeirlərində belə yazırdı.
Əvvəla, bizdə yox o məktəblər
Ki, verə kəsbi-elmi xalqa səmər,
Nə o günə kitablar əlan
Ki ola öz lisanında bəyan.
Bizə hasil nə şey olur yoxdan,
Ki, ibtidadır kitabımız çoxdan.
Qeyd etdiyimiz kimi bu dövrdə cəmiyyətin maariflənməsi yolunda həmişə çıraq olan Seyid Əzim Şirvani gənc nəslin təlim – tərbiyəsi yeni tipli dərsliklərin olmasını dövrü üçün böyük zərurət hesab edirdi. Ona görə də açdığı məktəbin yeni tipli dərsliklərlə gənc nəslin təlim-tərbiyəsinə başlamaq üçün özü dərslik yaratmaq qərarına gəlir və buna tez bir zamanda nail ola bilir. Azərbaycan ədəbiyyatı tarixinin bu vətənpərvər ədəbiyyatşünas müəllimi uşaqlar üçün yazdığı kitabda uşaqlar üçün tərbiyəvi parçalar seçib toplamış, tərcümə etmiş, bir çoxunu isə özü yazmışdı. Tamamladığı həmin kitabı çap olunmaq üçün Qafqaz Maarif İdarəsinə təqdim etsədə orada onun nəşrinə icazə verilməmişdi. Bu hadisədən ruhdan düşməyən maarifçi-pedaqoq ildən-ilə bu dərsliyi müəyyən əlavələr etməklə zənginləşdirərək, bəzi ixtisar və dəyişikliklər edərək ilk dəfə 1878-ci ildə “Rəbiül-ətfar” – “Uşaqların baharı” adı ilə 1883-cü ildə isə ikinci dərsliyi “Tacül-kitab” – “Kitabların tacı” adı ilə isə 1883-cü ildə tamamlanmışdır. Şairin əxlaqi-didaktik şeirlərinin toplandığı “Rəbiül-ətfal” (“Uşaqların baharı”) kitabında elmin, biliyin təbliği, məktəbə, mədəniyyətə çağırış motivləri ilə yanaşı, vətənə məhəbbət, doğma yurda, soykökünə bağlılıq hissinin ifadəsi də mühüm yer tutur. O, Azərbaycan ədəbi tarixində yeganə şəxs idi ki, 1877-ci ildə “Uşaqların baharı” adlı dərsliyi yazaraq şagirdlərə vətənlərinə məhəbbət hissi aşılamış, onlara öz tarixləri və mədəni irsindən qürur duymaq, vətəninə layiqli övlad olmaq ideyaları təlqin etmişdir. Bu dərsliyin yazılmasında Vətənpərvlik hissinin aşılanması əsas hədəf olduğundan çar hökuməti qorxudan bu dərsliyi yığışdırır və Seyid Əzimə xəbərdarlıq edilərək onun yenidən çap edilməsinə qadağa qoyulur.
Hələ sağlığında tədqiqat obyekti olmuş Seyid Əzim Şirvani yaradıcılığı əsasında bir çox alim və tədqiqatçılar dəyərli əsərlər yaradılmışdır. Onun yaradıcılığını tədqiq edən yazıçılarımızdan biri də müasir Azərbaycan ədəbiyyatında tarixi romanlar müəllifi kimi tanınan yazıçımız Əzizə Cəfərzadə idi. Onun “1971-ci ildə
qələmə aldığı Aləmdə səsim var mənim” romanı yazıçının ilk tarixi romanı sayılır. O müəllifi olduğu “Aləmdə səsim var mənim” romanında şəxsiyyətinə böyük məhəbbət bəslədiyi Seyid Əzim Şirvani obrazını yaratmağı qarşısına məqsəd qoymuş və əsərin adını Seyid Əzim Şirvaninin qəzəlindən götürmüşdür. Yazıçı əsərin adını əvvəlcə “ Məhəbbət günahdırmı? ” qoymaq istəsədə əsərin nəşri zamanı onun adını dəyişdirmiş, S.Ə.Şirvaninin qəzəli ilə “Aləmdə səsim var mənim” adlandırmışdır. Seyid Əzim yaradıcılığına böyük hörmət və məhəbbət bəsləyən Əzizə Cəfərzadə “Aləmdə səsim var mənim” romanında, hər şeydən öncə, şairin obrazını yaratmağı qarşısına məqsəd qoysa da, bununla kifayətlənməmiş, XIX əsr Şamaxı mühitinin, o cümlədən bütün Şirvanın əsərdə təsvirini vermişdir. Əslində bu, Əzizə Cəfərzadə yaradıcılığına xas olan bir xüsusiyyət idi.
Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
Əsərdə milli adət-ənənələrimizin təqdimatı olduqca maraqlı verilmişdir. Novruz bayramı və ilaxır çərşənbələrin Şirvan camaatı tərəfindən necə keçirildiyi əsərdə kifayət qədər dolğun təsvir olunmuşdur. Yaradıcılığında “Əkinçi”nin müstəsna rolu olan şairin, bu mətbu orqanında 10-dan çox şeiri işıq üzü görmüşdü. Azərbaycan xalqının həyatında “Əkinçi"nin böyük rolu olduğunu şeirlərində vurğulayan Şirvaninin nəzərində bu qəzetin xeyli üstünlükləri vardı. Dünyanın müxtəlif yerlərindən informasiyaları toplayıb oxucuya çatdırması, maarifçilik işi aparması, elm toxumu səpməsi, ana dilinin saflaşması uğrunda aparılan mübarizə Şirvani tərəfindən mətbuatın üstünlüyü hesab edilirdi. Qəzet onun əlində maarifçilik ideyalarının yayıldığı xitabət kürsüsünə çevrilmişdi. “Əkinçi”nin imkanlarından yararlanmaq üçün oxuculara üz tutan şair qəzet haqqında belə yazırdı:
Bəs “Əkinçi” cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi” vəfat.
Neçə müddətdir ki, Həsən bəyi zar,
Hüsnü-tədbir ilə o fəxri-kibar,
Öz qədimi misalımızda haman
Əkinçinin Seyid Əzim Şirvaniyə böyük və səmərəli təsirlərindən danışarkən görsənir ki, onun maarifçi və tənqidi şeirləri məhz “Əkinçi”qəzetinin təsiri ilə ərsəyə gəlmişdir. Seyid Əzim Şirvani “Əkinçi”nin fəaliyyəti dövründə burada müxtəlif imzalarla çap edilmişdir. Yazdığı öyüd-nəsihətləri, şeirləri ilə açdığı məktəbdə təhsil verməklə Seyid Əzim Şirvaninin kiçik həmvətənlərinə aşılamaq istədiyi hisslərdən ən başlıcası vətən sevgisi, yurdsevərlik, elpərvərlik olmuşdur. Şairin fikrincə Vətən hər bir kəs üçün müqəddəs yer olmalıdır. Onu sevməyə hər bir vətəndaş borcludur. Belə şeirlərində öz vətəninə duyduğu bağlılığı yalnız milli bir hissiyat kimi deyil, eyni zamanda mənəvi bir məsuliyyət kimi təqdim etmişdir. Vətənə Xitab xüsusiyyətli şeirlərində Şirvani, vətəninə xüsusi xitab edib ona olan sevgi və sadiqliyini ifadə etmişdir. Onun bu cür şeirləri, sadəcə vətəninə olan sevgini göstəricisideyil, həm də insanın vətəninə qarşı olan borcunu vurğulamaq məqsədi güdür. Şirvani, həm də Şirvan diyarının ənənələrinə və mədəniyyətinə bağlı bir şəkildə, bu ərazinin təbiətinə, insanlarına və adət-ənənələrinə böyük hörmət bəsləyirdi. Şirvanın adət-ənənələrini, gözəlliklərini öz şeirlərinə gətirmişdier Onun vətəninə olan sevgisi bir çox şeirində özünü açıq-aydın göstərir.

“Mən öləndə Şahxəndanda basdırın,
Çünki, onun Şahi Xəndanı var”,
deyən Seyid Əzim özünün vəsiyyətinə görə elə Şahxəndan qəbirstanlığında dəfn edilib. Şaxəndan (Şahi Xəndan) Nəsiminin böyük qardaşı olmuşdur. Biz inanırıq ki, illər ötsə də hər dəfə ədəbiyyatdan söz düşəndə uşaqların da, böyüklərin də sevimlisi, Azərbaycan ədəbiyyatının maarifçi nümayəndəsi, pedoqoq Seyid Əzim Şirvaninin səsi aləmdən əksik olmayacaq. İlk Azərbaycan məktəbi”nin yaradıcısı, təmsillərini, hekayələrini dövrünün mətbuatı olan “Əkinçi”də çap etdirməklə Seyid Əzim Şirvaninin öz xalqının mədəniyyət xəzinəsinə verdiyi incilərin dəyəri təkrarsız olaraq qalacaqdır.

NƏRGİZ MƏCİDOVA 

Baş metodist

Gundelik.az