Avropa İttifaqı (Aİ) blokun fundamental dəyərlərinin pozulması ilə əlaqədar tam hüquqi arsenalından istifadə edərək Macarıstana qarşı tədbirlərini gücləndirməlidir.
Gundelik.az “Politico”ya istinadən xəbər verir ki, bu barədə Danimarkanın Avropa üzrə naziri Mari Bjerre bildirib.
Onun sözlərinə görə, Aİ həmçinin Avropa qanunlarını pozan ölkələrin Avropa fondlarına çıxışını məhdudlaşdırmağı düşünməlidir.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Budapeştin Ukraynanın Aİ-yə daxil olması ilə bağlı mövqeyi birləşmə sammitində digər ölkələrin nümayəndələrinin “ictimai qəzəbinə” səbəb olub. Siyasətçinin sözlərinə görə, Aİ sammitində o, avropalı həmkarlarına Macarıstanın Ukraynanın Avropa İttifaqına üzvlüyünə niyə dəstək verə bilmədiyini izah etməyə çalışaraq “ən pis” işi görməli olub. Orban qeyd edib ki, onun bu mövqeyi açıq-aşkar narazılıqla qarşılanıb.
İyunun 26-da Aİ Ukraynanın birliyə qəbulu ilə bağlı danışıqlara başlamaq üçün layihəyə səs verib. Bildirilib ki, sənədi birliyin 27 üzvündən 26-sı dəstəkləyib.
Gundelik.az

