Gundelik.az Xəbərlər İqtisadiyyat “Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı
İqtisadiyyat Xəbərlər

“Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı

“Agro Norm” şirkəti nizamnamə kapitalını azaldıb.

Gundelik.az xəbər verir ki, buna səbəb təsisçi Nəbiyev Yaşar Nəriman oğlunun özünə məxsus 3 210 000 manat məbləğində payını götürərək təsisçilikdən çıxmasıdır.

Beləliklə, şirkət nizamnamə kapitalının 6 000 000 manatdan 2 790 000 manata azaldıldığını elan edib.

Xatıladaq ki, “Agro Norm” 2013-cü ildən qeydiyyatdan keçib, əsasən təzə pomidor, alma, armud, heyva, ərik və albalı kimi məhsulların istehsalı və ixracı ilə məşğuldur. Qanuni təmsilçisi Rəşad Abdullayevdir.//

Exit mobile version