Ağdam rayonunda faza-2 yaşayış məhəlləsi üzrə energetika təsərrüfatı sistemləri ilə bağlı yeni işlərə başlanılır.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, həmçinin həmin yaşayış məhəlləsində sahədaxili mühəndis kommunikasiya sistemləri (su, kanalizasiya, yağış suyu kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırılma, yol və səkilər) və yaşıllıq, abadlıq işləri də görüləcək.
Belə ki, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə start verilib.
Qurum hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.
Eyni zamanda qurum aparılacaq işlərin 9 675 661 manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
