Gundelik.az Ölkə ADY İmişlidə texniki xidmət mərkəzi tikəcək
Ölkə Xəbərlər

ADY İmişlidə texniki xidmət mərkəzi tikəcək

İmişlidə dizel lokomotivlərinə texniki xidmət mərkəzinin tikintisi həyata keçiriləcək.

Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.

Məlumata əsasən, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bununla əlaqədar müvafiq hazırlıqlara başlayıb.

Belə ki, tikinti layihəsi çərçivəsində layihələndirmə və layihə-smeta sənədlərinin hazırlanması həyata keçiriləcək.

Layihələndirmə və layihə-smeta sənədlərinin hazırlanmasına 5 611 111 manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Exit mobile version