Gundelik.az Ölkə ADSEA Naxçıvanda subartezian quyularının tikintisinə 5,8 milyon manat xərcləməyi planlaşdırır
Ölkə Xəbərlər

ADSEA Naxçıvanda subartezian quyularının tikintisinə 5,8 milyon manat xərcləməyi planlaşdırır

Naxçıvan Muxtar Respublikasının əhalisi 80 min nəfərdən çox olan məntəqələrində subartezian quyuları tikiləcək.

Bu barədə Gundelik.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib.

Belə ki, Agentliyin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla əlaqədar hazırlılara başlayıb.

Məlumata əsasən, 38 yaşayış mətəqəsində 40 ədəd subartezian quyularının tikintisi nəzərdə tutulub.

Sözügedən işlərin icrasına 5,8 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Exit mobile version