Gundelik.az Ölkə ADSEA 2 milyon manatlıq “pikap”lar alır
Ölkə Xəbərlər

ADSEA 2 milyon manatlıq “pikap”lar alır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti yeni xidməti avtomobillər alır.

Bu barədə Gundelik.az dövlət xidmətindən məlumat əldə edib.

Belə ki, məlumata əsasən, qurum 30 ədəd sərnişin yük avtomobillərinin (Pikap) satın alınması ilə bağlı müvafiq işlərə başlayıb.

Dövlət xidməti hazırda sözügedən nəqliyyat vasitələrini təhvil verəcək şirkət axtarışındadır.

Eyni zamanda qurum avtomobillərin satın alınmasının 1 973 988 manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az

Exit mobile version