ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Nübar Cəbrayıl dünyaca məşhur “Imperial College London”a qəbul olub.
Gundelik.az xəbər verir ki, o, Ətraf Mühit Texnologiyaları proqramından Ətraf Mühit İqtisadiyyatı və Siyasəti ixtisası üzrə təklif alıb.
Bu proqram Təbiət Elmləri Fakültəsindədir və Ətraf Mühit Siyasəti Mərkəzi tərəfindən təklif olunur. İmperialın bu mərkəzi tədqiqat təsirinə görə Böyük Britaniyada 1977-ci ildən bəri ətraf mühit tədqiqatları sahəsində qlobal liderdir.
Məlumat üçün bildirək ki, “Imperial College London” “QS World University Rankings” reytinqinə görə dünyanın ən yaxşı 2-ci universitetidir.
Qeyd edək ki, Bakı Oksford Məktəbinin məzunu olan Nübar Cəbrayıl ADA Universitetini qırmız diplomla bitirir. O, Xarici İşlər Nazirliyi daxil olmaqla bir neçə qurum və təşkilda yüksək səviyyəli təcrübə keçib və ADA Universitetində çalışıb. O, həmçinin Fransada siyasi elmlər üzrə təhsil alıb və tədqiqatı 2025-ci ildə İngiltərənin “University College London” universitetində keçirilən məşhur konfransda (XI ICCEES World Congress) təqdim olunub.
Nübar Cəbrayıl 5 dil bilir.

