ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) dərman istehsalı ilə məşğul olan nəhəng şirkət- Novo Nordiskin açıqlamasına görə, Wegovy adlı arıqlama dərmanının həb formasını rəsmi olaraq təsdiqləyib.
Bu, FDA tərəfindən təsdiqlənən ilk arıqlama həbidir və bu qərar çəki azaldan dərmanların inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Wegovy-nin Danimarkaya məxsus istehsalçısı Novo Nordisk bildirib ki, gündə bir dəfə qəbul edilən bu həb iynə şəklində olan dərmana rahat alternativ hesab olunur və iynə ilə eyni səviyyədə çəki itkisi təmin edir. Qeyd edək ki, Wegovy daha əvvəl FDA tərəfindən xüsusi olaraq arıqlama məqsədi ilə təsdiqlənib.
Eyni zamanda, Ozempic kimi oxşar çəki azaldıcı təsiri olan digər dərmanlar isə əsasən 2-ci tip şəkərli diabetin müalicəsi üçün təsdiq edilib.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundeelik.az
