İyul 10, 2026
Baku
Dünya Siyasət Xəbərlər

ABŞ İspaniya ilə bütün ticarət əlaqələrini dayandırdı

ABŞ prezidenti Donald Tramp İspaniya ilə bütün ticarət əlaqələrini dayandırmağı əmr edib.

Bu barədə Gundelik.az “The Telegraph” qəzetinə istinadən xəbər verir.

Tramp İspaniyanı NATO-da “dəhşətli tərəfdaş” hesab edir.

Qeyd olunur ki, Tramp maliyyə naziri Skott Bessentə müdafiə alyansına kifayət qədər töhfə verməməkdə ittiham edərək İspaniya ilə ticarəti dayandırmağı əmr edib.

“İspaniya NATO-da dəhşətli tərəfdaşdır. Onlar iştirak etmirlər, pul ödəmirlər. Mən İspaniya ilə heç bir əlaqəm olmasını istəmirəm. Xahiş edirəm, səfərlər də daxil olmaqla, İspaniya ilə bütün ticarəti dayandırın”, – deyə ABŞ prezidenti Türkiyədə keçirilən mətbuat konfransında bildirib.