İnvestorların statistika və korporativ hesabatları dəyərləndirməsi nəticəsində Amerika fond indeksləri çərşənbə axşamı ardıcıl ikinci sessiyada ucuzlaşıb.
ABŞ-nin idxal tarifləri ilə bağlı digər ölkələrlə danışıqlarındakı qeyri-müəyyənlik, ticarət gərginliyinin ABŞ şirkətlərinin gəlirlərinə zərər vuracağına dair artan narahatlıqlar kimi investorların əhval-ruhiyyəsinə təsir etməkdə davam edir.
Gundelik.az xarixi mediaya istinadən xəbər verir ki, ABŞ-nin ticarət defisiti mart ayında əvvəlki ayla müqayisədə 14% artaraq rekord həddə – 140,5 milyard dollara çatıb.
Məlumatlara görə, fevralda bu rəqəm əvvəllər bildirildiyi kimi 122,7 milyard dollar deyil, 123,2 milyard dollara bərabər olub.
“Trading Economics”in sorğularına əsasən, analitiklər orta hesabla kəsirin əvvəlcədən elan edilmiş fevral səviyyəsindən 11,7% artacağını gözləyirdilər.
Bazar ertəsi axşam saatlarında ABŞ Prezidenti Donald Tramp yaxın həftələrdə əczaçılıq sənayesinə tarifləri elan edə biləcəyini söyləyib. Bu, “Moderna Inc” şirkəti də daxil olmaqla dərman istehsalçılarının səhmlərininin ucuzlaşmasına səbəb olub.
“Böyük məlumat həlləri təminatçısı olan “Palantir Technologies” birinci rübdə xalis mənfəətini iki dəfədən çox artırdı və gəlir bazar gözləntilərini üstələyib. Bununla belə, şirkətin səhmləri 12%-dən çox ucuzlaşıb, çünki treyderlər son zamanlarda əldə etdikləri əhəmiyyətli qazanclardan sonra mənfəət əldə ediblər”, – “MarketWatch” qeyd edir.
Bundan əlavə, “Nvidia Corp”un səhmləri də ucuzlaşıb.
Eyni zamanda, “Marriott International”ın səhmləri 1,9% artıb. Dünyanın ən böyük otellər şəbəkəsinin operatoru birinci rübdə xalis mənfəətini 18%, gəlirini isə 5% artırıb, həmçinin cari il üçün korrektə edilmiş mənfəət proqnozunu təsdiqləyib.
“Ford Motor”un bazar dəyəri zəif mənfəət hesabatına baxmayaraq 2,7% artıb. Avtomobil istehsalçısı birinci rübün xalis mənfəətini və gəlirini azaldıb və idxal rüsumları ilə bağlı qeyri-müəyyənlik fonunda tam illik proqnozunu geri götürüb.
Gundelik.az
