İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ-də etirazlar gərginləşir: mağazalar dağıdıldı

ABŞ-nin Los -Anceles şəhərində Ağ Evin immiqrasiya siyasətinə etiraz edən insanların iştirakı ilə etirazlar gərginləşib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu gün səhər saatlarından polis tərəfindən ərazidən uzaqlaşdırılan etirazçılar yenidən toplaşaraq yaxınlıqdakı mağazalara hücum ediblər.

Məlumata görə, etrazçıların bəziləri qurudan mağazaya girib, digərləri isə abidələri və infrastrukturu rəngləməyə başlayıb.

Los-Ancelesdəki etirazlar iyunun 6-da başlayıb və bu günə kimi səngiməyib, etirazlar hər gün daha da şiddətlənir.

Gundelik.az