Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatından (BMT) çıxması və ya töhfələrinin azaldılması ilə bağlı yayılan xəbərlər fərziyyədən başqa bir şey deyil.
Gundelik.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
“Müxtəlif söz-söhbətlər var ki, kiminsə ABŞ-nin BMT-dən çıxmağa hazır olduğunu və ya maliyyəni kəsməyə hazır olduğunu söyləyir. Bunlar fərziyyələr və şayiələrdir. Hələlik praktiki heç nə yoxdur”, – deyə siyasətçi bildirib.
Gundelik.az
