Gundelik.az Dünya ABŞ Avropadan qoşunlarını geri çəkir
Dünya Xəbərlər

ABŞ Avropadan qoşunlarını geri çəkir

ABŞ Avropadakı qoşunlarının sayını 30 faiz azalda bilər.

Bu barədə Gundelik.az “Politico”ya istinadən xəbər verir.

“Səmimi danışmaq üçün adının çəkilməsini istəməyən bir NATO rəsmisi “Politico”ya deyib ki, Avropada qoşunların sayının 30 faiz azaldılması mümkündür”, – nəşr iddia edir.

Nəşrin məlumatına görə, ən çox Amerika əsgəri Almaniyada yerləşdirilib, onların sayı 35 minə yaxındır.

Almaniyanın Xarici Əlaqələr Şurasının Təhlükəsizlik Siyasəti üzrə baş elmi işçisi Eileen Matlenin fikrincə, Amerika qoşunlarının çıxarılması ABŞ prezidenti Donald Trampın mühüm siqnalı olacaq.

İyulun əvvəlində NATO-nun baş katibi Mark Rutte deyib ki, Avropadakı Amerika qoşunlarının sayının azaldılması müzakirə edilmir.

Gundelik.az 

Exit mobile version