İyul 8, 2026
Baku
Biz kimik?

Gundelik.az haqqında

Azərbaycan Respublikasında KİV-lə bağlı olan dövlət siyasətinin mühüm ifadəsi söz və fikir azadlığından ibarət olan əlverişli mühitin yaradılması ilə müşayiət olunmaqdadır. Bu mühit, imkan verir ki, ölkəmizdə uğurla davam edən yüksək inkişaf perspektivlərindən, ictimai-siyasi sabitlikdən, sosial-iqtisadi inkişafdan, mədəni-hüquqi yüksəlişlərdən ibarət olan yeniliklər böyük ictimaiyyətə olduğu kimi çatdırılsın. Əsasları xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi milli dövlət quruculuğu prosesləri dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən daha da zənginləşdirilməklə həyata keçirilməkdədir ki, bu da, məhz KİV-lər tərəfindən xalqımıza çatdırılır, təqdim olunur. Təbii olaraq, biz jurnalistlər də, bu proseslərdə üzərimizə düşən məsuliyyətin əhatəsini dərindən dərk edir, hər zaman olduğu kimi, bu sahədə də dövlətimizə dəstək olmaq istəyirik.
Bu məqsədlə, yayımlanmasına yenicə lisenziya verilmiş Gundelik.az saytını xəbər portalı olaraq ictimaiyyətimizə təqdim edirik. Fəaliyyətimiz müddətində bir jurnalist olaraq çalışacayıq ki, dövlətimizin bölunməzliyinə, inkisafina və qorunmasına dair məsələlərin təbliğinin artırılmasına diqqət çəkib, bu yöndə bir sıra səmərəli təşəbbüslər qaldıraq. Məhz Gundelik.az xəbər portalını təsis etməkdə ən ümdə hədəfimiz də, dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması ilə müşayiət olunan yeni reallıqlar müstəvisində müəyyən olunan uğurlu siyasətini təbliğ etmək, ölkədə aparılan davamlı islahatların, vətəndaşların rifahi naminə gedən proseslərin işıqlandırılmasına və ən əsası dövlətimizə xidmət etməkdir.
Oxucularımızı əmin edirik ki, jurnalist peşəsinin məsuliyyətini dərk edərək, saytın rubrikaları üzrə paylaşılacaq xəbərlərin yeni, və ən əsası qərəzsiz olması sahəsində bütün səy və bacarığımızı ortaya qoyacaq, cəmiyyətimizin axtardığı ən dəqiq, ən gerçək və ən dolğun xəbərlərin dəyişməz ünvanı olacağıq.
Gundelik.az xəbər portalının rəsmi şəkildə fəaliyyətinə icazə verdiyi üçün "Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyi" nə təşəkkürümüzü bildiririk.