Hazırda Azərbaycan Beynəlxalq Bankının (ABB) kartlarından istifadə edən bəzi müştərilər balanslarında vəsaitin silinməsi və mənfi qalıq yaranması ilə bağlı problemlə üzləşiblər.
Gundelik.az xəbər verir ki, məsələ ilə bağlı ABB açıqlama yayıb.
Bankın məlumatına görə, yaranmış vəziyyət üçüncü tərəf sistemlərində baş vermiş texniki nasazlıqla əlaqədardır.
“Üçüncü tərəfli texniki çətinlik səbəbindən kart hesablarında əlavə vəsait silinməsi halları müşahidə olunub. Problemin qısa müddət ərzində aradan qaldırılması istiqamətində işlər aparılır”, – açıqlamada bildirilib.
ABB müştərilərdən anlayış göstərmələrini xahiş edib və nasazlığın tezliklə aradan qaldırılacağını qeyd edib.

