Oktyabr 6, 2026
Baku
Elm və təhsil Xəbərlər

Fizika üzrə Nobel mükafatı laureatı məlum oldu

Fizika üzrə Nobel mükafatı laureatının adı məlum olub.

Gundelik.az-ın məlumatına görə, builki mükafatı Francis Halzen qazanıb.

O bu mükafata “IceCube” Neytrino Rəsədxanasına həlledici töhfələrinə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə layiq görülüb.

Məlumat üçün bildirək ki, Francis Halzen 1944-cü ildə Belçikanın Brügge şəhərində anadan olub.

Fizik uzun illərdir, Viskonsin-Medison Universitetində hissəcik fizikası, astrofizika və kosmologiya üzrə fəaliyyət göstərir. F.Halzen Antarktidadakı “IceCube Neytrino” Rəsədxanasının yaradılmasında əsaslı rol oynayıb və hazırda layihənin baş tədqiqatçısıdır.

Adıçəkilən rəsədxana Antarktidanın Cənub qütbündə yerləşən nəhəng neytrino detektorudur. O, buzun təxminən 1,5–2,5 kilometr dərinliyində yerləşdirilmiş minlərlə optik sensor vasitəsilə kosmosdan gələn yüksək enerjili neytrinoları aşkar edir. Rəsədxananın əsas məqsədi kainatdakı yüksək enerjili hadisələri və kosmik şüaların mənbələrini öyrənməkdir.

Qeyd edək ki, Nobel həftəsi oktyabrın 5-dən 12-dək davam edəcək. Belə ki, oktyabrın 5-də fiziologiya və ya tibb üzrə, bu gün isə fizika üzrə mükafatın laureatları elan olunub.

Oktyabrın 7-də kimya, 8-də ədəbiyyat, 9-da Nobel Sülh mükafatı laureatının adı elan ediləcək.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatının adı isə oktyabrın 12-də açıqlanacaq.