Oktyabr 6, 2026
Baku
İdman Xəbərlər

Ulduz futbolçu “Bavariya”dan gedir?

“Bavariya” futbol klubunun rəhbərliyi Harri Keyn ilə yeni müqavilənin maliyyə detalları barədə razılıq əldə edib.

Gundelik.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Almaniya təmsilçisi və 33 yaşlı hücumçu əməkhaqqının miqdarı, eləcə də bonus sistemi ilə bağlı ortaq məxrəcə gəliblər. Lakin tərəflər hələlik müqavilənin müddəti məsələsində razılaşa bilməyiblər – bu detal növbəti danışıqlar prosesində müzakirə olunacaq.

Qeyd edək ki, Keynin “Bavariya” ilə hazırkı sözləşməsi 2027-ci ilin 30 iyun tarixinədək qüvvədədir. Cari mövsümdə ingiltərəli forvard Münhen klubunun heyətində yeddi qarşılaşmada meydana çıxıb, bu oyunlarda altı qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.