Göygöl şəhərində yolların əsaslı təmiri işləri aparılacaq.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən bu məqsədlə “Star Təmir Construction” MMC ilə müqavilə bağlanıb.
Müqaviləyə əsasən, yolların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün şirkətə 789 929,91 manat ödənilib.
