Qarsda doğuşdan bir müddət sonra xəstəxanadan evə buraxılan H.K. adlı qadına bir müddət sonra xəstəxanadan zəng edilib.
Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ana həkimlərə körpəsinin öldüyünü və dəfn edildiyini bildirib.
Vəziyyətdən şübhələnən əməkdaşların məlumatı əsasında Qars Respublika Baş Prokurorluğunun göstərişi ilə araşdırma başlanıb.
Baş Prokurorluğun qərarı ilə məzar açılıb. Aparılan ilkin müayinədə bir günlük oğlan körpəsinin ağzına salfet qoyularaq öldürüldüyü müəyyən edilib.
Ana və nənə həbs edildi
Araşdırma çərçivəsində körpənin anası H.K., ana nənəsi B.E. və baba S.E. jandarma əməkdaşları tərəfindən saxlanılıb.
Jandarmadakı prosedurlardan sonra məhkəməyə göndərilən şübhəlilərdən H.K. və B.E. sülh cəza hakimliyinin qərarı ilə həbs olunub. Baba S.E. isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Nuri
Gundelik.az
