Hörmətli həmkarlar!
Bildiyiniz kimi, tətil dövründə qanunvericilik işinə fasilə verilsə də, Milli Məclisin beynəlxalq fəaliyyəti davam etmişdir. nBu dövrdə Milli Məclisin 27 deputatı 14 xarici ölkəyə 32 səfər həyata keçirmişdir. Deputatlarımız 4 beynəlxalq təşkilatın tədbirlərində iştirak etmiş, habelə Qazaxıstanda və Rusiyada keçirilən parlament seçkilərini müşahidə etmişlər.
Bu dövrdə 14 ölkənin və 4 beynəlxalq təşkilatın 24 nümayəndə heyəti, ümumən 142 nəfər xarici qonaq Milli Məclisdə olmuşdur.
Hörmətli deputatlar!
Ötən dövrdə bir sıra xarici ölkələrin nümayəndələri ilə Milli Məclisdə mənim ikitərəfli görüşlərim olmuşdur.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini, Fələstinin və Tacikistanın baş nazirləri, Pan-Afrika Parlamentinin Prezidenti, TürkPA-nın Baş katibi, Gürcüstan parlamentinin sədr müavini, Çin Xalq Respublikasının hakim partiyasının rəhbər vəzifəli şəxsi və başçılıq etdikləri nümayəndə heyətləri, yenə də Çin Xalq Respublikasının və Özbəkistanın baş prokurorları ilə görüşlər Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli idi.
Qeyd edim ki, Pan-Afrika Parlamentinin Prezidenti cənab Fatih Boutbiq ilə görüşdən sonra Pan-Afrika Parlamenti ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi
arasında Anlaşma Memorandumu da imzalandı. Bu, şəbəkənin yarandığı 5 il ərzində artıq onun imzaladığı 10-cu əməkdaşlıq sənədidir.
Onu da deyim ki, bu dövrdə 2 ölkənin – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Almaniyanın yeni təyin olunmuş səfirləri ilə Milli Məclisdə mənim
görüşlərim olmuşdur.
Xəbərlər
Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 30 sentyabr 2026-cı il tarixli plenar iclasında çıxışı
- Sentyabr 30, 2026
- 1 dəqiqə oxunma
- 42 Baxış
- 7 saat əvvəl
Yazını paylaş:
Əlaqəli yazılar
Mədəniyyət və cəmiyyət, Xəbərlər
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
Sentyabr 30, 2026
