İstanbulun Eyüpsultan məscidində işa namazı zamanı yan-yana namaz qılan iki nəfər arasında mübahisə yaranıb.
Gundelik.az yerli mətbuata istinadən xəbər verir ki, məlumata görə, Servet A. namaz qılma tərzini bəyənmədiyi Alper M.Ç.-nin üzünə tüpürərək ona “sən kafirsən” deyib və hücum edib.
Bunun ardından Alper M.Ç. lisenziyalı tapançasını çıxararaq havaya 4 dəfə atəş açıb. O, ifadəsində silahı qarşı tərəfi qorxutmaq və uzaqlaşdırmaq məqsədilə çıxardığını bildirib.
Hadisə ilə bağlı polisə məlumat verilib və hər iki şəxs saxlanılıb. Asayiş Şöbəsində ifadələri alınan şübhəlilər daha sonra məhkəmə orqanlarına göndərilib.
Alper M.Ç. ifadəsində məsciddə namaz qılarkən əvvəllər tanımadığı Servet A.-nın qəfildən üzünə tüpürdüyünü və “Sən kafirsən” deyərək ona hücum etdiyini bildirib.
Servet A. isə ifadəsində Alper M.Ç.-nin namaz qılma tərzini bəyənmədiyini və buna görə onunla mübahisə etdiyini deyib.
Nurəddin Abdullayev
Gundelik.az
