“Cib Kapital İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalının azaldılması barədə elan verib.
Gundelik.az-ın məlumatına görə, şirkətin nizamnamə kapitalı 500 min manatdan 190 min manatadək azaldılıb.
Beləliklə, kapitalın həcmi 310 min manat və ya 62 faiz azaldılıb.
Qeyd edək ki, “Cib Kapital İnvestisiya Şirkəti” QSC 2026-cı ilin yanvarında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Gündüz Maxsud oğlu Gözəlovdur.
