Sentyabr 15, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Gənclərdə infarkt riskini artıran 5 amil

İnfarkt artıq yalnız yaşlı insanlarda deyil, gənclərdə də daha çox görülür. Mütəxəssislər genetik meylliliklə yanaşı, siqaret, qeyri-sağlam qidalanma, yüksək qan təzyiqi, şəkərli diabet və nizamsız həyat tərzinin riski artırdığını bildirirlər.

Kardiologiya mütəxəssisi Prof. Dr. Ahmet Oytun Baykanın sözlərinə görə, son illərdə gənc yaşlarda infarkt hallarının artmasında həyat tərzindəki dəyişikliklər mühüm rol oynayır.

Sinə ağrısı əsas əlamətlərdəndir

İnfarktın ən çox rast gəlinən əlaməti sinənin orta hissəsində hiss olunan təzyiq və sıxılma xarakterli ağrıdır. Ağrı qol, çiyin, kürək, çənə və hətta mədə nahiyəsinə yayılır. Adətən 15-20 dəqiqədən uzun davam edən bu ağrıya laqeyd yanaşmaq olmaz.

Qadınlarda isə infarkt əlamətləri fərqli şəkildə özünü göstərir.

İnfarkt şübhəsi olduqda xəstəxanaya şəxsi avtomobillə getməyə çalışmaq vaxt itkisinə səbəb olur. İlk növbədə 112-yə zəng etmək lazımdır. Təcili yardım əməkdaşları hadisə yerində EKQ çəkir, ilkin müdaxiləni göstərir və xəstəni uyğun tibb müəssisəsinə çatdırırlar.

Bu müddətdə insan fiziki fəaliyyəti dayandırmalı, dincəlməli və sıx geyimlərini boşaltmalıdır.

İlk saatlar həyati əhəmiyyət daşıyır

Ürək damarının tıxanmasından sonra vaxt keçdikcə ürək əzələsinin hüceyrələri zədələnməyə başlayır. Buna görə də xüsusilə ilk bir-iki saat ərzində göstərilən tibbi yardım həm həyatını xilas edir, həm də ürəkdə qalıcı zədələnmənin qarşısını əhəmiyyətli dərəcədə alır.

Gənclərdə infarkt riskini artıran 5 amil

Genetik meyllilik

Siqaret istifadəsi

Qeyri-sağlam qidalanma

Yüksək qan təzyiqi və şəkərli diabet

Yüksək xolesterin və nizamsız həyat tərzi

Qulaqdakı xətt infarktın göstəricisidir?

Sosial şəbəkələrdə tez-tez müzakirə olunan qulaq seyvanındakı xəttlə bağlı da müxtəlif iddialar var. Həkim bu xəttin, “Frank xətti” kimi tanındığını və onunla bağlı müşahidə xarakterli araşdırmaların mövcud olduğunu bildirib. Lakin qulaqdakı xəttin ürək xəstəliyinin birbaşa səbəbi və ya dəqiq göstəricisi olduğu sübut edilməyib.

Ona görə də qulaqda belə xəttin olması ilə bağlı narahat olmaq əvəzinə, real risk faktorları və şikayətlər həkim tərəfindən qiymətləndirilməlidir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az