İspaniyanın Baş naziri Pedro Sançes Seutaya kütləvi miqrant axınının İspaniyaya qarşı hücum və ölkənin ərazi bütövlüyünün pozulması kimi dəyərləndirib.
Gundelik.az “El Imparcial” nəşrinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Seutaya gəldikdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Baş verənlər qəti şəkildə pislənməli və qınanmalıdır”, – deyə Sançes bildirib
O əlavə edib ki, hökumət vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dövlətin bütün resurslarını səfərbər edəcək.
Qeyd edək ki, bir gün əvvəl Mərakeşdən minlərlə miqrant qanunsuz şəkildə İspaniyanın Şimali Afrikadakı eksklavı olan muxtar Seuta şəhərinə daxil olub. Seuta Avropa İttifaqının Afrika ilə quru sərhədinə malik iki xarici sərhəd məntəqəsindən biridir.
